Xəzər Xəbər

Ronaldo Messinin yerini tutacaq

İdman | 18:28 • 4 Dekabr 2017
Ronaldo Messinin yerini tutacaq

Bir neçə oyundan sonra "Real”ın ulduzu Kriştiano Ronaldo "Barselona”lı hücumçu Lionel Messinin rekordunu təzələyə bilər.

Messi 2017/18 UEFA Çempionlar Liqasında ən məhsuldar hücumçu kimi liderliyini davam etdirir.

Lakin L.Messi "Sportinq Lissabon”la qarşılaşmada fərqlənməsə və K.Ronaldo "Real Madrid”in öz evində qonaq etdiyi "Borussiya Dortmund”a 2 qol vursa, argentinalı ulduzun 60 oyunluq rekord göstəricisi K.Ronaldonun əlinə keçəcək.

2017/18 qrup mərhələsində ən məhsuldar futbolçuların sıralaması isə belədir:

8 Kriştiano Ronaldo (Real Madrid)

6 Harri Keyn (Tottenhem)

6 Ben Yedder (Atletiko Madrid)

6 Edison Kavani (PSJ)

6 Neymar (PSJ)

Son mövsüm də daxil olmaqla, Lionel Messi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 60, Kriştiano Ronlado 59 qol vurub. Siyahını 40 qolla "Real”lı Kərim Benzema, "Mançester Yunayted” forması geyinən Zlatan İbrahimoviç davam etdirir. 5-ci yerdə isə "Şalke” komandasının futbolçusu Raul Qonzales qərarlaşıb.

Xəbər lenti