Xəzər Xəbər

Fatih Terim “Qalatasaray”la razılaşdı

İdman | 15:20 • 4 Dekabr 2017
Fatih Terim “Qalatasaray”la razılaşdı

Türkiyənin təcrübəli baş məşqçisi Fatih Terimin yenidən "Qalatasaray” klubu ilə razılıq əldə etdiyi iddia olunur.

Bu iddianı "Beyaz Futbol” proqramının aparıcısı, keçmiş qalatasaraylı ulduz Ergün Penbe irəli sürüb.

Futbol şərhçisi daha öncə bu razılaşma barədə ipucu sözlər işlətsə də, dünən gecə verdiyi açıqlamada Fatih Terimin qəti olaraq keçmiş klubuna geri dönəcəyini bildirib.

Qeyd edək ki, şənbə günü keçirilən "Beşiktaş” – "Qalatasaray” matçında 3:0 hesabı ilə məğlub olan sarı-qırmızılı komandanın azarkeşləri klubun idarə heyətinə qarşı etiraz aksiyası keçirmişdi. Onlar hazırki baş məşqçi İqor Tudorun istefasını və onun yerinə Fatih Terimin gətirilməsini tələb etmişdilər./publika.az

Xəbər lenti