Xəzər Xəbər

“Mançester Siti” klubu İngiltərə rekordunu yenilədi

İdman | 13:11 • 4 Dekabr 2017
“Mançester Siti” klubu İngiltərə rekordunu yenilədi

"Mançester Siti” komandası futbol üzrə İngiltərə Premyer Liqasının XV turunda "Vest Hem”ə 2:1 hesabı ilə qalib gəlib.

Bu, baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti”nin cari mövsümdə 14-cü və ardıcıl 13-cü qələbəsidir. Beləliklə, "Mançester Siti” ardıcıl 13 qələbə ilə İngiltərə rekordunu yeniləyib. Əgər növbəti turda "Mançester Siti” klubu "Mançester Yunayted”ə qalib gələrsə, yeni rekorda imza atacaq.

Qeyd edək ki, İngiltərə klublarından "Preston”, Sanderland” (hər ikisi 1891-1892-ci il mövsümündə), "Arsenal” (2001-2002-ci il) və "Çelsi” (2016-2017-ci il) daha öncə ardıcıl 13 oyunda qələbə qazanıblar.

Xəbər lenti