Xəzər Xəbər

İran-Azərbaycan oyunu heç-heçə yekunlaşıb

İdman | 10:45 • 4 Dekabr 2017
İran-Azərbaycan oyunu heç-heçə yekunlaşıb

İsfahanda təşkil olunan "4 Top Nations” turnirində ilk oyununu keçirən futzal üzrə Azərbaycan millisi İran yığması ilə qarşılaşıb.

Xezerxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyun 3:3 hesabı ilə başa çatıb.

Azərbaycan milli komandasının qollarını Qabriel Bastos, Karvalho dos Santos və Telez Thiaqo vurublar.

Millimiz növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 16:30-da Rusiya yığmasına qarşı keçirəcək.

Xəbər lenti