Xəzər Xəbər

David de Xeadan cari mövsümün rekordu

İdman | 13:49 • 3 Dekabr 2017
David de Xeadan cari mövsümün rekordu

İngiltərə Premyer Liqasının 15-ci turunda "Arsenal"ın qonağı olan "Manchester United" 3:1 hesablı qələbə qazanıb. Beləliklə, "topçular"ın son 12 ev oyunundakı qalibiyyət seriyası qırılmış olub.

Oyunun qəhrəmanı qonaqların qapıçısı David de Xea olub. İspaniyalı qolkiper rəqibin 14 zərbəsini qaytarıb. Bu, cari mövsüm Premyer Liqada seyvlərin sayna görə rekorddur. De Xeanın 11-ci turda "Chelsea" ilə oyunda (0:1) 11 seyvi də diqqəti cəlb etmişdi.

"Manchester United" 74-cü dəqiqədə Pol Poqbanın birbaşa qırmızı vərəqə ilə cəzalandırılması səbəbindən oyunu 10 nəfərlə başa vurmalı olub. Fransalı havbek 2013-cü ilin mayından sonra ilk dəfə meydandan qovulub. Poqba 4 il öncə "Juventus" - "Palermo" qarşılaşmasında cəzaya görə oyunu yarımçıq tərk etməli olmuşdu.

Xəbər lenti