Xəzər Xəbər

Meneceri Arda Turanın taleyini açıqladı: hansı kluba gedir?

İdman | 13:44 • 3 Dekabr 2017
Meneceri Arda Turanın taleyini açıqladı:

Arda Turanın meneceri Ahmet Bulut futbolçunun "Barselona"dakı taleyi ilə bağlı açıqlama verib. Menecer türk futbolçunun qış fasiləsində Kataloniya klubundan ayrılacağını bildirib.


Ötən gün keçirilən "Beşiktaş" - "Qalatasaray" matçını canlı izləyən Ahmet Bulut jurnalistlərin suallarını cavablandırıb. "Hazırda Ardanın gedəcəyi klub bəlli deyil, amma qış fasiləsində "Barselona"dan ayrılacaq. Danışıqlar apardığım 3-4 klub var. "Qalatasaray"la bu barədə görüşüm olmayıb. Danışıqlar apardığım klublar İngiltərə, İspaniya və İtaliya təmsilçiləridi. 15 gün sonra yekun qərarı verəcəyik. İui variant var. "Barselona" ya Ardanı satacaq, ya da icarəyə verəcək", deyə menecer bildirib.

Xəbər lenti