Xəzər Xəbər

“Sumqayıt” “Kəpəz”i məğlub etdi

İdman | 17:04 • 2 Dekabr 2017
“Sumqayıt” “Kəpəz”i məğlub etdi

Dekabrın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində növbəti oyun keçirilib.

Gəncə şəhər stadionunda "Kəpəz” komandası "Sumqayıt”ı qəbul edib.

Baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunun 21-ci dəqiqəsində "Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə hesabı açıb. Görüşün birinci hissəsi Sumqayıt təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

Matçın 60-cı dəqiqəsində Cavid İmamverdiyev komandasının ikinci topunu rəqib qapısından keçirib. Səkkiz dəqiqə sonra C.İmamverdiyev dubl edib. Görüşün qalan dəqiqələrində komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Beləliklə, qarşılaşma "Sumqayıt” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabındakı xalların sayını 20-yə çatdıran "Sumqayıt”ın turnir cədvəlindəki mövqeyi dəyişməyib. Komanda dördüncü pillədə qərarlaşıb. "Kəpəz” isə 7 xalla sonuncu – səkkizinci yerdədir. Turnir cədvəlinə 34 xalla "Qarabağ” başçılıq edir.

XIV tura dekabrın 3-də keçiriləcək "Səbail”-"Zirə” və "Qəbələ”-"Keşlə” oyunları ilə yekun vurulacaq.

Xəbər lenti