Xəzər Xəbər

Futbolçu qəzaya düşdü - FOTO

İdman | 16:11 • 1 Dekabr 2017
Futbolçu qəzaya düşdü -

Çempionlar Liqasında "Qarabağ”la eyni qrupda yer alan İtaliyanın "Roma” komandasının futbolçusu Dieqo Perotti avtomobil qəzası keçirib.

"Report” "La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Argentinalı yarımmüdafiəçi idarə etdiyi "Porsche Cayenne” ilə məşqə gedərkən qəzaya düşüb. Avtomobil ciddi zərər görsə də, 29 yaşlıfutbolçunun özü və qəzada iştirak edən digər şəxslər xəsarət almayıblar.

Qeyd edək ki, "Roma” bu gün İtaliya A seriyasının XV turunda "Spal"ı qəbul edəcək. Çempionlar LiqasındaVI turun "Roma” - "Qarabağ” matçı isə dekabrın 5-də keçiriləcək.

Xəbər lenti