Xəzər Xəbər

"Barselona"nın oynatmadığı Arda Turana böyük jest

İdman | 13:30 • 1 Dekabr 2017
"Barselona"nın oynatmadığı

Məşhur avtomobil markası "Audi" "Barselona"nın ulduzlarına son model avtomobillərini hədiyə edib. Bir həftə əvvəl "Real"ın futbolçularına maşınlar hədiyyə edən şirkət bu dəfə Kataloniya klubuna jest edib.


Lionel Messi və Luis Suares RS6 adlı modelin fərqli rənglərini seçib. Əe güclü maşın hesab olunan "Audi R8 Spyder V10 5.2 FSI Quattro" adlı modeli Aleksis Vidal götürüb. Serxio Buskets "Audi R8 Plus" modelini seçib.


"Audi" bu mövsüm bir dəqiqə belə oynamayan Arda Turanı da unutmayıb. Türk futbolçunun seçimi "Audi Q7 Sport 3.0 TDI Quattro" olub. Ardadan başqa daha 7 futbolçu bu markadan olan maşınları götürüb.



Qeyd edək ki, "Real"da Kriştiano Ronaldo "Audi RS7 Sportback 4.0 TFSI Quattro Panther Black" modelini seçmişdi.

Xəbər lenti