Xəzər Xəbər

APL, 14-cü tur: "Qarabağ” "Neftçi”ni qəbul edir

İdman | 13:05 • 1 Dekabr 2017
APL, 14-cü tur:

Bu gün Topaz Premyer Liqasında XIV tura start veriləcək.

İlk oyun günündə bir matç baş tutacaq. Həftənin açılış matçı ölkə çempionatlarının iki daimi iştirakçısı və ən çox üz-üzə gələn cütü – "Neftçi” və "Qarabağ” arasında olacaq.

Hazırda 16 xalla 5-ci sırada yer alan "ağ-qaralar” lider "Qarabağ”dan 15 xal geri qalır.

Azərbaycan Premyer Liqası. XIV tur

1 dekabr

18:30. "Qarabağ” – "Neftçi”

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "Azersun Arena” (CBC Sport, canlı)

Xəbər lenti