Xəzər Xəbər

Lavessi rekorda imza atdı

İdman | 12:35 • 1 Dekabr 2017
Lavessi rekorda imza atdı

"Xebey Çayna Forçun” futbol klubunun hücumçusu Esekiel Lavessi Çin çempionatında keçirdiyi 27 oyunda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.

Otuz iki yaşlı argentinalı futbolçu bu göstərici ilə şəxsi rekordunu müəyyənləşdirib və bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb.

Ötən mövsüm Lavessi PSJ və "Napoli”nin heyətində 9 qol vurub.

Qeyd edək ki, futbolçu Çin çempionatının son 10 oyununda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti