Xəzər Xəbər

Şahmat tacı uğrunda matç Londonda keçiriləcək

İdman | 17:56 • 30 Noyabr 2017
Şahmat tacı uğrunda matç Londonda keçiriləcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ildə dünya şahmat tacı uğrunda matçın Londonda keçiriləcəyini açıqlayıb. Matçın təqdimatında hazırkı dünya çempionu Maqnus Karlsen iştirak edib.


AZƏRTAC xəbər verir ki, matç 2018-ci il noyabrın 9-dan 28-dək keçiriləcək. Onun mükafat fondu 1 milyon avro təşkil edəcək.


Xatırladaq ki, Maqnus Karlsenin rəqibi 2018-ci ilin martında Berlində keçiriləcək iddiaçılar turnirində müəyyən olunacaq. Bu turnirdə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov, Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişşuk (hər üçü Rusiya), Levon Aronyan (Ermənistan), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ) və Din Lijen (Çin) mübarizə aparacaqlar.


Qeyd edək ki matçın rəsmi saytı işə başlayıb. Təşkilatçılar turnirin rəsmi heşteqini (#LondonPlaysChess) təqdim ediblər.


Hazırkı dünya çempionu 26 yaşlı Maqnus Karlsendir. O, 2013-cü ildə Hindistanın Çennai şəhərində yerli şahmatçı, 15-ci dünya çempionu Vişvanatan Ananda qalib gəldiyi vaxtdan bu titulun sahibidir.

Xəbər lenti