FİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.
Qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində
3-cü sırada qərarlaşıb. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı
FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. "Şah”ın hesabında
2799 reytinq xalı var.
Şəhriyarla yanaşı ən yüksək nəticə Teymur Rəcəbova məxsus idi.
Rəcəbov 2012-ci ilin oktyabrında açıqlanan reytinq siyahısında 4-cü
pilləyə kimi yüksəlməyə nail olmuşdu. Teymur (2748) yeni reytinq
siyahısında isə 17-ci sırada qərarlaşıb.
İlk "100”-lükdə yer alan digər şahmatçılarımızdan Rauf Məmmədov
(2709) 40-cı, Arkadi Naydiç (2705) isə 43-cü pillədə yer alıb.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir.
(qafqazinfo)