Xəzər Xəbər

İstanbul derbisinin hakimləri müəyyənləşdi

İdman | 16:17 • 30 Noyabr 2017
İstanbul derbisinin hakimləri müəyyənləşdi

Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində "Beşiktaş" doğmameydanda "Qalatasaray"ı qəbul edəcək.

İstanbul derbisinin hakimləri müəyyənləşib. Əzəli rəqiblərin bu dəfəki duelində Fırat Aydınusun rəhbərlik etdiyi hakimlər briqadası ədaləti qoruyacaq. Ona Serkan Ok və Aleks Taşçıoğlu kömək edəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" qarşılaşması 2 dekabr tarixində Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Xəbər lenti