Xəzər Xəbər

Filip Luiz türk klubunda

İdman | 15:01 • 30 Noyabr 2017
Filip Luiz türk klubunda

"Atletiko Madrid” klubunda forma geyinən Filip Luizin meneceri Türkiyənin "Qalatasaray” klubu ilə transfer məsələlərinə dair görüş keçirib.

Bu görüş sol cinah üçün futbolçu axtaran əzəli rəqiblər "Fənərbaxça” ilə "Qalatasaray”ı üz-üzə qoyub.

Futbolçunun meneceri Manuel Qarsia Quilonu "Fənərbaxça” klubu İstanbula dəvət etsə də, menecer sarı-qırmızılılarla görüşdə müsbət nəticələr əldə edib.

Hazırda transfer çəkişmələri yaşayan barselonalı Arda Turanın yaxın dostu olan Filip Luizin "Qalatasaray”a transfer məsələsinə dair ilkin razılaşmalar əldə edilib.

Xatırladaq ki, futbolçu "Qarabağ"la oyundan sonra yata bilmədiyini söyləmişdi.

Xəbər lenti