Son günlər Kütləvi İnformasiya Vasitələrində klubumuzun ictimai nüfuzuna xələl gətirən və heç bir həqiqətə uyğun olmayan məlumatlar yayılır. Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi”nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymaga məcbur etdi.
XəzərXəbər-in
məlumatına görə, klubun bəyanatında deyilir ki, "Neftçi” həm klub
daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı
dövrünü yaşayır - əsl komanda olaraq birləşib, bütövləşib vahid məqsəd
uğrunda mübarizə aparır. Belə ki, istər klub rəhbərliyi və baş məşqçi,
istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda
klubdaxili atmosferi pozmağa və "Neftçi”nin adının ləkələnməsinə yönələn
bu xəbərləri qətiyyətlə pisləyirik.