Xəzər Xəbər

Uesli Sneyderin yeni klubu açıqlandı

İdman | 15:12 • 29 Noyabr 2017
Uesli Sneyderin yeni klubu açıqlandı

"Qalatasaray"dan ayrıldıqdan sonra "Nitsa"ya keçən Uesli Sneyderin Fransa macərası başa çatır. Bu mövsüm cəmi 8 matça çıxan və yenidən zədələnən holland futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq.


Sneyder sağaldıqdan sonra Fransaya qayıtmayacaq. Onun növbəti dayanacağı ABŞ olacaq. Artıq futbolçunun meneceri Quydo Albers "Los Anceles FC" klubu ilə danışıqlara başlayıb.


Qeyd edək ki, Sneyder Avropada "Qalatasaray" və "Nitsa"dan başqa "Ayaks", "Real" və "İnter"də çıxış edib.

Xəbər lenti