Xəzər Xəbər

"Qarabağ"ın legioneri qitənin ən yaxşıları arasında lider oldu

İdman | 12:58 • 29 Noyabr 2017
"Qarabağ"ın legioneri qitənin ən yaxşıları arasında lider oldu

"Qarabağ" komandasının haitili yarımmüdafiəçisi Donald Gerrye Amerika Qitəsinin Futbol Federasiyası (CONCACAF) tərəfindən təşkil edilən "ən yaxşı futbolçu" müsabiqəsində ilk pilləyə yüksəlib.

XəzərXəbər xəbər verir ki, futbolçu CONCACAF-ın rəsmi intenet saytında təşkil edilən səsvermədə 34% səslə liderliyini qorumaqdadır.

Gerryeni 18% səslə Devid Quizman ("Portlend” Kosta Rika) və 15% səslə Selso Borxes ("Deportivo", Kosta-Rika) izləyir.

Siyahıda yer alan digər namizədlər isə Brayan Ruiz ("Sportinq" Lissabon, Kosta-Rika), Kristian Pulişiç ("Borussiya", Dortmund, ABŞ), Dieqo Valeri ("Portland Tİmbers", Argentina), Hektor Errera ("Portu", Meksika), Xavyer Akino ("UANL Tiqres", Meksika), Xose Qonzales ("Arabe Unido", Panama) və Maykl Bredlidir ("Toronto", ABŞ).

16 noyabr tarixində start götürən onlayn səsvermə 14 dekabrda başa çatacaq.

"Qarabağ"ın ulduzuna bu LİNKDƏN səs verə bilərsiniz:

Xəbər lenti