Xəzər Xəbər

Messidən qalmaqallı açıqlama: “Neymardan sonra daha güclü olduq”

İdman | 12:19 • 29 Noyabr 2017
Messidən qalmaqallı açıqlama:

"Barselona”nın ulduz futbolçusu Lionel Messi braziliyalı Neymarın transferinə dair qalmaqallı açıqlamalar verib.

Ulduz Neymarın "PSJ” klubuna getdikdən sonra "Barselona” müdafiəsinin daha güclü hala gəldiyini bildirib.

Almaniyanın "Kicker” dərgisinə müsahibə verən Messi ispaniyalı məşqçi Ernesto Valvardenin komandaya gəlməsi və Neymarın transfer olunmasının ardınca sistemdə dəyişikliklər edildiyini bildirib:

"Neymarın ayrılmasından sonra oyun sistemində dəyişiklik etmək lazım idi. Hücum gücümüz azalsa da, müdafiədə artıq çox yaxşı təşkilatlanırıq. Mərkəzdəki oyunçular daha sakit oynayır və daha balanslı oyun qururuq”.

Bu mövsüm həm İspaniya, həm də Çempionlar Liqasında məğlubiyyət üzü görmədiyini xatırladan Messi komandasına ən layiqli rəqib olaraq "PSJ” və "Mançester Siti” komandalarını göstərib./publika.az

Xəbər lenti