Xəzər Xəbər

“Real” klubu Kasilyanı transferə çıxaracaq

İdman | 18:28 • 28 Noyabr 2017
“Real” klubu Kasilyanı transferə çıxaracaq

"Real Madrid” futbol klubu qapıçı Kiko Kasilya ilə yollarını ayırmağı planlaşdırır.

Madrid klubu 31 yaşlı qapıçını transferə çıxaracaq.

Üç mövsüm ərzində Keylor Navasın əvəzedicisi olan Kasilya "Real”ın heyətində 34 oyun keçirib.

Qeyd edək ki, "Real” gələn ilin yayında yeni qapıçı ilə müqavilə imzalamaq istəyir. Madrid təmsilçisinin əsas namizədi isə "Atletik”in futbolçusu Kepa Arrisabalaqadır.

Xəbər lenti