Xəzər Xəbər

“Borussiya Dortmund” türkiyəli ulduzu heyətinə qatmaq istəyir – SÜRPRİZ TRANSFER

İdman | 16:09 • 28 Noyabr 2017
“Borussiya Dortmund” türkiyəli ulduzu heyətinə qatmaq istəyir

Çempionlar Liqasında məğlub olaraq üst tura yüksələn Türkiyənin "Beşiktaş” klubunun hücumçusu Cenk Tosun transfer təklifi yağışına tutulub.

İngiltərənin "Nyukastl Yunayted”, "Kristal Palas” və "Everton” kimi klublarının təklifini geri çevirən ulduza bir elçi də Almaniyadan düşüb.

Belə ki, "Borussiya Dortmund” klubu Çempionlar Liqasında ulduzu parlayan Cenk Tosunu heyətinə qatmaq istəyir. Klub uzun müddət "qara qartalı” izləyib və "Nyukastl Yunayted”in transfer təklifindən sonra dərhal hərəkətə keçib.

Qeyd edək ki, "Beşiktaş”ın baş məşqçisi Şenol Güneş Cenk Tosunun yerini doldura biləcək bir forvard tapana qədər futbolçunu satmayacağını bildirmişdi.

Xəbər lenti