Xəzər Xəbər

AÇ-2020: Açılış matçı üçün namizəd şəhərlər bəlli oldu

İdman | 15:13 • 28 Noyabr 2017
AÇ-2020:

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının açılış matçı üçün namizəd şəhərləri açıqlayıb.

Amsterdam (Hollandiya), Brüssel (Belçika), Qlazqo (Şotlandiya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərləri açılış oyunu üçün namizəddirlər. Açılış qarşılaşmasına ev sahibliyi edəcək şəhərin adının dekabrın 7-i açıqlanacaq.

Qeyd edək ki, AÇ-2020 12 iyun – 12 iyul tarixlərində reallaşacaq.Avropa çempionatı ilk dəfə qitənin 13 şəhərində keçiriləcək.Turnirin 4 oyunu (üçqrup, bir 1/4 final) Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Əlavə edək ki, Bakı açılış matçı üçün namizədliyini irəli sürməyib.

Xəbər lenti