Xəzər Xəbər

Messinin maaşı açıqlandı: dünyada 1-ci oldu

İdman | 13:26 • 28 Noyabr 2017
Messinin maaşı açıqlandı:

"Barselona" ilə yeni müqavilə imzalayan Lionel Messinin maaşı açıqlanıb. 2021-ci ilədək Kataloniya klubunda çıxış edəcək argentinalı futbolçu müqavilə müddətini uzatdığına görə 50 milyon avro imza haqqı alacaq.


Onun illik maaşı isə 43 milyon avro olacaq. Bununla da Messi dünyanın ən çox maaş alan futbolçusu olub. Argentinalı ulduz Çinin "Şanxay Şenhua" klubunda forma geyinən həmyerlisi Karlos Tevezi geridə qoyub. Tevez ildə 38 milyon avro alır.


Ən çox maaş alan futbolçular siyahısında üçüncü pilləni 36 milyon avro ilə PSJ-nin ulduzu Neymar tutur. İlk "onluq"da "Real"dan Kriştiano Ronaldo (34 milyon avro), "Şanxay SİPG"dən Oskar (24 milyon avro), "Real"dan Qaret Beyl (23 milyon avro), "Hebey Çayna Fortuna"dan Ezekuel Lavezzi (23 milyon avro), "Şanxay SİPG"dən Halk (20 milyon avro), "Mançester Yunayted"dən Paul Poqba (17 milyon avro), "Şandun Lunen"dən Qratsiano Pelle (15 milyon avro) yer alıb./Fanat.Az

Xəbər lenti