Xəzər Xəbər

Futbolu eynəklə oynayan ilk futbolçu kim olub? - FOTOLAR

İdman | 10:14 • 28 Noyabr 2017
Futbolu eynəklə oynayan

Söhbət Hollandiyalı Edqar Davidsdən getmir. Eynəklə oynayan ilk futbolçu İsveçrəli olub və İsveçrə millisi ilə tarixə düşüb.

İlk dəfə eynəklə oyun nümayiş etdirən futbolçu Leopold Kilholtsdur. O, 1934 və 1938-ci illərdə keçirilən Dünya Kuboklarında İsveçrə millisində oynayırdı. Kilholts böyük marağa səbəb oldu, çünki nə o zaman, nə də sonra meydanda oyunçunu eynəklə görmək adi hal deyildi.

Bununla belə bu element onun oyununa maneçilik etmirdi, hətta belə də Kilholts tarixü düşdü: 27 may 1934-cü ildə o, Hollandiyaya qarşı oyunda Dünya Kubokunda ilk qol vuran İsveçrəli oyunçu oldu. Bundan başqa, o, "Zambaqlar ölkəsininə” ikinci qolunu da vuraraq həm də bu turnirlərdə dubl etmiş ilk İsveçrəli oyunçu adını qazandı.

publika.az

Xəbər lenti