Xəzər Xəbər

"Qarabağ" - "Çelsi" matçının hakimi ilə bağlı qərar AÇIQLANDI

İdman | 17:29 • 27 Noyabr 2017
"Qarabağ" - "Çelsi" matçının hakimi ilə bağlı qərar

Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Qarabağ” – "Çelsi” matçında idarəçiliyə etirazlara səbəb olan Manuel De Sousanın işi UEFA tərəfindən yüksək qiyməyləndirilib.

Portuqaliyalı referinin işinə 8,4 bal verilib ki, bu da yüksək göstərici hesab olunur.

Qeyd edək ki, Manuel de Sousa Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Ağdam klubunun qapısına iki penalti təyin edib, Rəşad Sadıqova isə qırmızı vərəqə göstərmişdi. Oyun isə London təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xəbər lenti