Xəzər Xəbər

"Beşiktaş"ın futbolçusuna 10 milyon avroluq təklif

İdman | 16:01 • 27 Noyabr 2017
"Beşiktaş"ın futbolçusuna 10 milyon avroluq təklif

Adı bir çox klubla yanaşı çəkilən "Beşiktaş"ın futbolçusu Cenk Tosuna rəsmi təklif gəlib. "Nyukasl" rəsmi təklifini "Beşiktaş"a təqdim edib.


İngiltərə klubu Cenk üçün 10 milyon avro və Aleksandar Mitroviçi təklif edib. Lakin baş məşqçi Şenol Günəş transferə veto qoyub. Baş məşqçi onu layiqincə əvəz edəcək futbolçu alınmadan transferin reallaşmasını istəmir.


"Beşiktaş" isə Cenk üçün 20 milyon avro tələb edir./fanat.az

Xəbər lenti