Xəzər Xəbər

"Milan" özünə yeni baş məşqçi tapdı

İdman | 14:39 • 27 Noyabr 2017
"Milan" özünə yeni baş məşqçi tapdı
İtaliya A Seriyasında işləri yaxşı getməyən "Milan" klubu baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb. Onun əvəzinə isə klubun əfsanəvi futbolçusu Cennaro Qattuzo "Milan"a gətirilib.

Qeyd edək ki, Montella 2016-ci ilin iyunundan klubu çalışdırıb. İtaliyalı mütəxəssis elə birinci mövsümdə klubla İtaliya çempionatında altıncı yeri tutub.

Hazırda 14 turdan sonra "Milan" klubu 20 xal toplaya bilib və 7-ci sırada qərarlaşıb.

Xəbər lenti

Çox oxunanlar