Xəzər Xəbər

Messi 6 oyundur rəqib qapısına yol tapa bilmir

İdman | 13:59 • 27 Noyabr 2017
Messi 6 oyundur rəqib qapısına yol tapa bilmir

"Barselona” klubunun hücumçusu Lionel Messi ardıcıl 6 oyundur rəqib qapısına yol tapa bilmir.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, argentinalı futbolçu İspaniya çempionatının sonuncu turunda "Valensiya” ilə matçda da fərqlənə bilməyib.


Messi sonuncu dəfə 2010-cu ilin yayında ardıcıl 7 oyunda qol vura bilməyib.


Qeyd edək ki, Messi İspaniya çempionatında 13 turdan sonra 12 topla bombardirlər siyahısına başçılıq edir. Argentinalı futbolçu "Valensiya”nın oyunçusu Simone Dzadzanı 3 top hesabı ilə qabaqlayır.

Xəbər lenti