Xəzər Xəbər

Daha bir dünya ulduzu Super Liqa klubunda

İdman | 13:47 • 27 Noyabr 2017
Daha bir dünya ulduzu
Daha bir məşhur futbolçu Türkiyəyə gəlir. Braziliyalı Filipe Luis qış fasiləsində Super Liqa klubuna keçəcək.


Bu barədə "Bəyaz TV"nin şərhçisi, keçmiş futbolçu və "Beşiktaş"ın sabiq meneceri Sinan Engin açıqlama verib. O, Yasmin Latovleviçinin oyunundan narazı olan "Qalatasaray" azarkeşlərini səbrli olmağa çağırıb. Bildirib ki, klub qış fasiləsində müdafiənin sol cinahına "Atletiko"nun ulduzu Felipe Luisi transfer edəcək.


Qeyd edək ki, "Atletiko" 2010-cu ildə "Deportivo"dan 12 milyon avroya aldığı braziliyalı futbolçunu 2014-cü ildə "Çelsi"yə 20 milyon avroya satıb. Madrid klubu cəmi bir il sonra onu 16 milyon avroya geri qaytarıb. Hazırda "Transfermarkt" müdafiəçiyə 18 milyon avro qiymət qoyub./fanat.az

Xəbər lenti