Xəzər Xəbər

İspaniya mətbuatı “Beşiktaş”ı arzulayır "REAL" ÜÇÜN

İdman | 10:54 • 27 Noyabr 2017
İspaniya mətbuatı “Beşiktaş”ı arzulayır

İspaniya mətbuatında Çempionlar Liqasının qrup mərhələsini 2-ci pillədə başa vurması dəqiqləşən "Real”ın potensial rəqibləri barədə yazı hazırlanıb.

İspan jurnalistlər cari mövsümdə sabit çıxış etməyən "Kral klubu”na ən münasib rəqib kimi "Beşiktaş”ı göstəriblər. "Monako”, "Portu” və "Leyptsiq”lə birgə yer aldığı G qrupunu lider kimi başa vuracaq "qartallar”, Madrid təmsilçisi üçün ən münasib rəqib hesab edilsə də, Zinəddin Zidanın yetirmələrinin işinin bu qarşılaşmalarda da asan olmayacağı qeyd edilib. Ancaq "Roma”, "Mançester Siti”, "Çelsi” ilə müqayisədə, "Beşiktaş” variantının daha yaxşı olduğu vurğulanıb.

Xatırladaq ki, "Real” ÇL-də "Tottenhem”, "Borussiya” və APOEL-lə birgə H qrupunda mübarizə aparır. "Kral klubu” növbəti mərhələyə vəsiqəni təmin etsə də, qrup mərhələsinin son oyununda lider "Tottenhem”i geridə qoymaq şansı yoxdur./publika.az

Xəbər lenti