Rusiyanın məşhur tennisçisi Mariya Şarapova "Tennisin ulduzları” seriyası çərçivəsində oynanan müsabiqədə türkiyəli idmançını 2-0 hesabı ilə məğlub edib.
Kariyerası ərzində 5 dəfə müxtəlif idman sahələri çempionluğu olan Şarapova qalibiyyətindən çox gözəlliyi ilə diqqət çəkib.
Türkiyəli tennisçi Çağla Büyükakçay ilə qarşılaşmadan qalib ayrılan rusiyalı gözəl mükafatlandırma mərasimindən öncə evlilik təklifi alıb.
Bir türk azarkeş ingilis dilində səslənərək "Şarapova, mənimlə evlənərsənmi?” təklifini edib.
Rusiyalı gözəl isə qarşılığında "bəlkə” deyə cavab verib./publika.az