Xəzər Xəbər

Azərbaycan çempionatının ən bahalı futbolçuları SİYAHI

İdman | 10:12 • 27 Noyabr 2017
Azərbaycan çempionatının ən bahalı futbolçuları

Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların siyahısı müəyyənləşib. FaktXəbər-in verdiyi məlumata görə, Fanat.az "Transfermarkt"ın qiymətləndirməsinə istinadən xəbər verir ki, çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedi.

"Qarabağ"ın PAOK-dan icarəyə götürdyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyulub. 2-3-cü pillələrdə qərarlaşan futbolçuların qiyməti Pedronun dəyərinin yarısı qədərdi. Belə ki, "Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi və millimizin braziliyalı üzvü Riçard Almeydanın 1,5 milyon avro dəyəri var.

İlk "onluq"da milliləşdirilmiş Riçard nəzərə alınmasa yerli futbolçu yer almayıb. Ən bahalı futbolçumuz "Qarabağ"lı Bədavi Hüseynovdu ki, o da Mahaçqalada dünyaya gəlib və sonradan Azərbaycan pasportu alıb.

Pedro Enrike (Qarabağ) - 3.000.000

Tarik Elyunussi (Qarabağ) - 1.500.000

Riçard Almeyda (Qarabağ) - 1.500.000

Anton Kanibolotski (Qarabağ) - 1.000.000

Dani Kintana (Qarabağ) - 1.000.000

Migel Madera (Qarabağ) - 900.000

Vitali Vernidub (Qəbələ) - 900.000

Donald Gerye (Qarabağ) - 800.000

İbrahim Şehiç (Qarabağ) - 800.000

Filip Oboziç (Qəbələ) - 800.000

Hüqo Barqas (Neftçi) - 800.000

Yakub Jezniçak (Qarabağ) - 700.000

Bədavi Hüseynov (Qarabağ) - 700.000

Dino Ndlovu (Qarabağ) - 700.000

Voyslav Stankoviç (Qəbələ) - 700.000

Deyv Bultuis (Qəbələ) - 700.000

Dion Malone (Qəbələ) - 700.000

Jozef-Monroz Stiven (Qəbələ) - 700.000

Dmitri Bezotosnı (Qəbələ) - 650.000

Kiril Petrov (Neftçi) - 600.000

Yozef Bum (Zirə) - 600.000

Maksim Medvedev (Qarabağ) - 500.000

Qara Qarayev (Qarabağ) - 500.000

Ramil Şeydayev (Qarabağ) - 500.000

Endi Hallidey (Qəbələ) - 500.000

Famussa Kone (Qəbələ) - 500.000

Qabriel Matey (Zirə) - 450.000

Baqali Dabo (Qəbələ) - 450.000

Xəbər lenti