Xəzər Xəbər

Azərbaycan idmançısı “M-1 Challenge 86” turnirində rusiyalı idmançını məğlub edib - FOTO

İdman | 14:57 • 26 Noyabr 2017
Azərbaycan idmançısı “M-1 Challenge 86” turnirində rusiyalı idmançını məğlub edib -

Rusiyada MMA üzrə "M-1 Challenge 86” qarışıq təkbətək döyüş növləri üzrə növbəti mötəbər yarış keçirilib.

Xezerxeber.az məlumat verir ki, Nazran şəhərində keçirilən turnirdə Azərbaycanı Avropa, Asiya çempionu, ikiqat dünya çempionu, Dünya Kubokunun qalibi Zaur Hacıbabayev təmsil edib. İdmançımız Rusiya təmsilçisi Nikolay Savilovla qarşılaşıb və inamlı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın ən titullu MMA döyüşçüsü Zaur Hacıbabayev zədə səbəbindən uzun müddət idmandan kənarda qalmışdı. Rusiyadakı yarış idmançının il yarımdan sonra qatıldığı ilk turnir olub.

Xəbər lenti