Xəzər Xəbər

Yeni Olimpiya və Paralimpiya Oyunları Mərkəzi açılıb

İdman | 10:04 • 26 Noyabr 2017
Yeni Olimpiya və Paralimpiya Oyunları Mərkəzi açılıb

Tokionun yaxınlığında yerləşən Tofu şəhərində 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları üçün nəzərdə tutulan yeni idman obyektinin açılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edən Tokionun qubernatoru Yurike Koike bu mərkəzin 2020-ci il Oyunlarına hazırlıq çərçivəsində açılan ilk yeni idman obyekti olduğunu deyib.

Yeni mərkəzdə Olimpiya Oyunları zamanı badminton, qılıncoynatma, müasir beşnövçülük, Paralimpiya oyunları zamanı isə təkərli kürsüdə basketbol yarışlarının keçirilməsi nəzərdə tutulur.

İdman kompleksinin ümumi tamaşaçı tutumu 10 min nəfərə bərabərdir. Burada, həmçinin, daxili hovuz və döyüş idman növləri üçün kiçik ölçülü manej də var. Mərkəzdən, eyni zamanda, müxtəlif sərgilərin və konsertlərin keçirilməsi üçün də istifadə ediləcək.

Xəbər lenti