Xəzər Xəbər

Avropa Liqasında həftənin ən yaxşısı bəlli oldu

İdman | 14:03 • 25 Noyabr 2017
Avropa Liqasında həftənin ən yaxşısı bəlli oldu

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu bəlli olub.

Moskva "Lokomotiv”inin yarımmüdafiəçisi Cefferson Farfan bu həftənin ən yaxşı futbolçusu seçilib.

Perulu futbolçu qrup mərhələsinin 5-ci turu çərçivəsində "Kopenhagen”lə oyunda komandasının 2:1 hesablı qələbəsinə dubla imza atmaqla töhfə verib.

İkinci yeri "Milan”ın futbolçusu Andre Silva (26 faiz), 3-cü yeri isə Praqa "Slaviya”sının üzvü Yozef Huşbauer (14 faiz) tutub.

Xəbər lenti