Xəzər Xəbər

Messi “Qızıl buts” sayında Ronaldoya çatdı

İdman | 12:53 • 25 Noyabr 2017
Messi “Qızıl buts” sayında Ronaldoya çatdı

Argentina yığmasının və "Barselona”nın futbolçusu Lionel Messi "Qızıl buts” mükafatına layiq görülüb.

30 yaşlı forvard buna 2016/17 mövsümündə La Liqada 34 oyuna 37 qol vurmaqla nail olub. Mükafat ulduz futbolçuya bu gün təqdim olunub. "Qızıl buts”u ona ötən mövsüm bu mükafatı qazanmış komanda yoldaşı Luis Suares təqdim edib.

Bu, Messinin 4-cü "Qızıl buts”u olub. Argentinalı forvard daha əvvəl 2009/10 (34 qol), 2011/12 (50 qol) və 2012/13 (46) mövsümlərində bu mükafatı qazanıb.

Beləliklə, Messi bu göstəricidə "Real”ın hücumçusu Kriştiano Ronaldoya çatıb. Portuqaliyalının da eyni sayda "Qızıl buts”u var./publika.az

Xəbər lenti