Xəzər Xəbər

Neymar özündən çıxdı: "Lənət olsun! Çox danışırsız!"

İdman | 17:20 • 24 Noyabr 2017
Neymar özündən çıxdı:

PSJ-nin Çempionlar Liqasında "Seltik"i 7:1 hesabı ilə məlub etdiyi oyundan sonra fransız klubunun superulduzu Neymar ona verilən suallardan sonra özündən çıxıb.


"Sambaçı" öncə "Bu matçın hesabı sənə nəyi xatırladır?" sualına əsəbiləşib. DÇ-2014-ün yarımfinal mərhələsində Almaniyaya 7:1 hesablı məğlubiyyətə işarə edən jurnalistin sualına əsəbiləşən Neymarın əhvalı korlanıb. O "Yenə mənə o günü xatırladırsız? Heç vaz keçməyəcəksiz? Mən indi "Seltik"lə oyunun nəticəsinə görə çox sevinirəm. Önəmli olan budu, tabloda nə yazıldığı deyil. Gözəl xəbərlər satılmır, elə deyil? İnsanlar sizə görə pislərə maraq göstərir. Amma mən indi yaxşıları görmək istəyirəm" deyə cavablayıb.


Futbolçunu ən çox əsəbiləşdirən sual isə "Real"a transferin gündəmdədi. Nə düşünürsən?" olub. O bu suala qısaca olaraq "Lənət olsun! Çox danışırsız!" deyərək əsəbi şəkildə müsahibə zonasından sürətlə ayrılıb./Fanat.Az

Xəbər lenti