Xəzər Xəbər

Dino Ndlovu Rumıniya klubunun diqqət mərkəzində

İdman | 16:13 • 24 Noyabr 2017
Dino Ndlovu Rumıniya klubunun diqqət mərkəzində

"Qarabağ"ın əsas fiqurlarından hesab edilən Dino Ndlovu Ağdam klubunun heyətində sərgilədiyi oyunla Avropa klublarının diqqət mərkəzindədir.

Cənubi afrikalı forvardın xidmətində maraqlı olan klublardan birinin adı müəyyənləşib. Bu, Rumıniyanın ÇFR klubudur. 27 yaşlı forvardın "Qarabağ"la müqaviləsi mövsümün sonunda yekunlaşacaq. Cənubi Afrika mətbuatında yer alan məlumata görə, Kluj təmsilçisi tezliklə hücumçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, ÇFR Rumıniya I Liqasında 18 turdan sonra 40 xalla liderdir.

2016-cı ildən "Qarabağ"da top qovan Ndlovu bu mövsüm 21 oyuna 8 qol vurub.

Xəbər lenti