Xəzər Xəbər

"Qalatasaray" dünya şöhrətli baş məşqçini gətirir

İdman | 16:09 • 24 Noyabr 2017
"Qalatasaray" dünya şöhrətli baş məşqçini gətirir

"Qalatasaray" baş məşqçi postuna dünya şöhrətli mütəxəssisi gətirir. Klub prezidenti Dursun Özbek İqor Tudoru qovaraq Loran Blanı gətirmək istəyir.


Prezident qərarını İdarə Heyətinin üzvlərinə açıqlayıb və onların dəstəyini alıb. "Qalatasaray" rəhbərliyi xorvat mütəxəssislə yolları ayıran kimi Blanla danışıqlara başlayacaq.


Son turda "Başakşəhər"ə 1:5 hesabı ilə yenilən "Qalatasaray" növbəti oyunlarda "Antalyaspor" və "Beşiktaş"la qarşılaşacaq. Bu oyunlarda istənilən nəticə qazanılmasa, Tudor yola salınacaq.


Qeyd edək ki, Blanın son iş yeri PSJ olub. O, əvvəllər "Bordo" klubunu və Fransa millisini çalışdırıb. 52 yaşlı fransız mütəxəssis məşqçi karyerası ərzində 4 dəfə ölkə çempionluğunu (3 dəfə PSJ, 1 dəfə "Bordo"), 3 dəfə kubokunu (2 dəfə PSJ, 1 dəfə "Bordo"), 3 dəfə Liqa Kubokunu (PSJ), 5 dəfə Fransa Super Kubokunu (3 dəfə PSJ, 2 dəfə "Bordo") qazanıb.

Xəbər lenti