Xəzər Xəbər

Messi baş məşqçinin təkliflərini RƏDD ETDİ: “Barselona” ulduzsuz qalacaq

İdman | 15:06 • 24 Noyabr 2017
Messi baş məşqçinin təkliflərini RƏDD ETDİ:

"Barselona” klubundan ayrılacağı iddia edilən ulduz futbolçu Lionel Messinin adı yeni bir iddiaya qarışıb.

İddiaya görə, Messi klubun idarəçiləri və prezidentinin zənglərinə cavab vermir.

Baş məşqçi Jozef Mariya Bartomeu Lionel Messi ilə müqaviləni yeniləmək üçün görüşmək istəyib. Lakin Messi bu təklifi də rədd edib.

Qeyd edək ki, ötən günlərdə "Barselona”nın mətbuatla əlaqələr ofisi Messinin müqaviləsi ilə bağlı heç bir problemin olmadığını bildirmişdi:

"Messi, onsuz da, iyun ayında 4 illik müqavilə imzalayıb. Ancaq biz onunla ömürlük müqavilə imzalamaq istəyirik. Messinin futbol həyatı bitəndə də onu klubumuzda saxlamaq istəyirik”.

Xəbər lenti