Xəzər Xəbər

Şehiç birinci oldu, Almeyda doqquzuncu: UEFA-nın STATİSTİKASI

İdman | 13:55 • 24 Noyabr 2017
Şehiç birinci oldu, Almeyda doqquzuncu:

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Fərdi statistikadakı yüksək pillədə "Qarabağ"ın iki futbolçusu yer alıb.

Ağdam klubunun qapıçısı İbrahim Şehiç turnirin ən çox qurtarış edən qapıçıları sırasında ilk pillədə qərarlaşıb. Bosniya və herseqovinalı qapıçı 27 qurtarış edib.

Bu siyahıda Yasmin Handanoviç ("Maribor”, 25 seyv) 2-ci, İqor Akinfeev ("ÇSKA”, 24) 3-cü və Andrey Pyatov ("Şaxtyor", 24) 4-cü pillədə qərarlaşıb. Huqo Lloris ("Tottenhem) 22 seyvlə 5-ci olub.

Riçard Almeyda isə dəqiq ötürmələrin sayında ilk "onluq”da yer alıb. 373 ötürmədən 343-ü dəqiq verən braziliyalı oyunçu bu siyahıda 9-cu yerdə qərarlaşıb./publika.az

Xəbər lenti