Xəzər Xəbər

Robinyoya 9 il həbs cəzası verildi

İdman | 13:24 • 24 Noyabr 2017
Robinyoya 9 il həbs cəzası verildi
Braziliya millisinin sabiq üzvü Robinyo barəsində 9 il həbs cəzası çıxıb. Ulduz futbolçu Milanda karyerasını davam etdirərkən qadına təcavüz etməkdə təqsirli bilinib.

"Real Madrid", "Mançester Siti" və "Milan" kimi klublarda top qovan Robinyo 22 yanvar 2013-ci ildə alban mənşəli bir qadına təcavüz edib.

9 illik hökmə baxmayaraq İtaliya ədliyyə sistemində qərarı dəyişmək üçün etiraz hüququ var. Bu səbəbdən də braziliyalı futbolçuya barəsində çıxan hökm etiraz prosesləri başa çatana qədər tətbiq olunmayacaq.

33 yaşlı futbolçu hazırda ölkəsi Braziliyada "Atletico Mineiro" formasını geyinir.

Xəbər lenti

Çox oxunanlar