Xəzər Xəbər

Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram - Xəyal Əhmədov

İdman | 11:55 • 24 Noyabr 2017
Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram -

İl ərzində üç beynəlxalq turnirdə iştirak etmişəm. Həmin turnirlərin ikisini qələbə ilə başa vura bildim. Hesab edirəm ki, bu il mənim üçün uğurlu olub. Fəxr edirəm ki, üçrəngli bayrağımızı beynəlxalq yarışlarda ucaltmağa nail oldum. Nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycan idmanını təmsil etmək qürurvericidir.


Xezerxeber.az məlumat verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının üzvü, tanınmış kikboksçu, nüfuzlu beynəlxalq yarışların qalibi Xəyal Əhmədov AZƏRTAC-a açıqlamasında bildirib.


Azərbaycanı gələn il keçiriləcək beynəlxalq yarışlarda da təmsil edəcəyini vurğulayan X.Əhmədov deyib: "Həmin yarışlarda uğur qazanmaq üçün ciddi hazırlaşıram. Yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün hər cür şərait yaradılıb. Ölkəmizdə idmanın inkişafına, eləcə də idmançılara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də beynəlxalq yarışlarda iştirakla bağlı daim bizi dəstəkləyir və idmançıları həmin turnirlərdə ölkəmizi layiqincə təmsil etməyə həvəsləndirir”.

Xəbər lenti

Çox oxunanlar