Xəzər Xəbər

PSJ yeni rekord müəyyənləşdirdi

İdman | 13:39 • 23 Noyabr 2017
PSJ yeni rekord müəyyənləşdirdi

PSJ klubu futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Seltik”i 7:1 hesabı ilə məğlub edərək yeni rekord müəyyənləşdirib.

PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin oyunda vurduğu qol komandasının beşinci, qrup mərhələsində isə 22-ci top olub. Daha sonra isə Edinson Kavani və Dani Alves komandanın, müvafiq olaraq 23-cü və 24-cü qollarını vurublar.

Beləliklə, PSJ turnirin qrup mərhələsində qolların sayına görə, yeni rekord müəyyənləşdirib. Bu nəticəyədək ən yaxşı göstərici "Borussiya”ya aid idi – 21 qol.

Həmçinin Paris təmsilçisi məğlubiyyətsizlik seriyasını da 23-ə çatdırıb. Sonuncu dəfə baş məşqçi Unai Emerinin komandası cari il aprelin 30-da Fransa çempionatında "Nitsa”ya 1:3 hesabı ilə məğlub olub.

PSJ cari mövsümdə Çempionlar Liqası yarışlarında məhz "Seltik”lə oyunda qapısında qol görüb. Hazırda komandanın turnirdə top fərqi 24:1-ə bərabərdir.

Xəbər lenti