Xəzər Xəbər

İbrahimoviçdən yeni rekord

İdman | 13:31 • 23 Noyabr 2017
İbrahimoviçdən yeni rekord
"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Bazel"ə (0:1) qarşı oyunda meydana çıxmaqla, yeni rekorda imza atıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İsveçli müxtəlif klubların heyətində ən çox top qovan futbolçu kimi Çempionlar Liqasının tarixinə düşüb.

Buna qədər İbrahimoviç "Barselona", "Milan", "Yuventus", "İnter", PSJ və "Ayaks"ın heyətində Çempionlar Liqasında oynayıb.

Xəbər lenti