Xəzər Xəbər

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək

İdman | 12:12 • 23 Noyabr 2017
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək

Noyabrın 23-də futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start veriləcək.

Xezerxeber.az məlumat verir ki, turun ilk günündə 8 qrupda ümumilikdə 14 matç oynanılacaq.

Türkiyə təmsilçilərindən "Konyaspor” komandası doğma meydanda "Olimpik”i qəbul edəcək. Maraqla gözlənilən qarşılaşmalardan biri isə "Köln” və "Arsenal” klubları arasında oynanılacaq.

Ümumiyyətlə, gün ərzində aşağıdakı oyunlar keçiriləcək:

"A” qrupu

"Astana” (Qazaxıstan) - "Vilyarreal” (İspaniya)

"F” qrupu

"Lokomotiv” (Moskva, Rusiya) - "Kopenhagen” (Danimarka)

"G” qrupu

"Luqano” (İsveçrə) - "Hapoel” (Beer-Şeva, İsrail)

"Viktoriya” (Plzen, Çexiya) - "Styaua” (Rumıniya)

"H” qrupu

"Köln” (Almaniya) - "Arsenal” (İngiltərə)

BATE (Belarus) - "Srvena Zvezda” (Serbiya)

"I” qrupu

"Konyaspor” (Türkiyə) - "Olimpik” (Ukrayna)

"Zalsburq” (Avstriya) - "Gimaraeş” (Portuqaliya)

"J” qrupu

"Ostersun” (İsveç) - "Zarya” (Ukrayna)

"Atletik” (İspaniya) - "Herta” (Almaniya) "Ostersun” (İsveç)

"K” qrupu

"Latsio” (İtaliya) - "Vitess” (Hollandiya) "Nitsa” (Fransa)

"Nitsa” (Fransa) - "Zülte-Varegem” (Belçika)

"L” qrupu

"Zenit” (Rusiya) - "Vardar” (Makedoniya)

"Real Sosyedad” (İspaniya) - "Rusenborq” (Norveç).

Xəbər lenti