Xəzər Xəbər

Peru yığması DÇ-2018-də iştirakdan məhrum edilə bilər

İdman | 09:37 • 23 Noyabr 2017
Peru yığması DÇ-2018-də iştirakdan məhrum edilə bilər

Futbol üzrə Peru yığması 2018-ci il Dünya Çempionatında iştirakdan məhrum edilə bilər.

Xezerxeber.az-ın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, yerli siyasətçi Paloma Noseda ölkənin futbol federasiyasının dövlətin tam nəzarəti altına keçməsini nəzərdə tutan qanun qəbul etməyi təklif edib. Bu isə FİFA-nın qaydalarına ziddir.

Qanun qəbul edildiyi təqdirdə, Peru FutbolFederasiyası FİFA-nın üzvlüyündən kənarlaşdırıla bilər. Bu halda Peru millisi mundialda iştirak etmək hüququndan məhrum ediləcək.

Xəbər lenti