Xəzər Xəbər

"Qalatasaray"dan Fatih Terimə rəsmi təklif

İdman | 17:56 • 22 Noyabr 2017
"Qalatasaray"dan Fatih Terimə rəsmi təklif

"Başakşəhər"ə 5:1 hesabı ilə uduzan "Qalatasaray" Fatih Terimlə danışıqlara başlayıb. Bu barədə "Türkiyə qəzeti" məlumat yayıb.


Məlumatda bildirilir ki, prezident Dursun Özbək rəhbərliyin israrı ilə Fatih Terimlə görüşüb.


"İmperator"un klub rəhbərinə cavabı belə olub: "Qalatasaray" mənim klubumdur. Ona heç vaxt yox deyə bilmərəm. Hər zaman hazıram. Amma mənə səviyyəli bir təkliflə gəlin".


Bildirilir ki, Fatih Terim "səviyyəli təklif" deyəndə hazırkı baş məşqçi İqor Tudoru nəzərdə tutur. Yəni o, komandanın baş məşqçisi olduğu halda danışıqların aparılmasını doğru hesab etmir.


Məlumata görə, Dursun Özbək İqor Tudorla bağlı qərarını vermək üçün "Beşiktaş"la matçın nəticəsini gözləyir. Bu oyunda istənilən nəticə qazanılmasa, baş məşqçi istefaya göndəriləcək.

Xəbər lenti