Xəzər Xəbər

Xavi Qətər yığmasına rəhbərlik etmək təklifinə müsbət baxıb

İdman | 17:11 • 22 Noyabr 2017
Xavi Qətər yığmasına rəhbərlik etmək təklifinə müsbət baxıb
İspaniya yığması və "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Ernandes Qətər yığmasında baş məşqçi postuna təin oluna bilər. "Əl-Sədd" klubunda çıxış edən ulduz futbolçu da Qətər yığmasına rəhbərlik etməyə müsbət baxıb.

"Şadam ki, Futbol Federasiyası gücümə inanır, amma mən indi məşqçi lisenziyası almaqla məşğulam. Mən bu istiqamətdə işləmək istəyirəm və sizə deyə bilərəm ki, Qətər yığması baş məşqçi işlədiyim ilk komanda ola bilər. Bu çox maraqlı layihədir və mən bütün ölkəyə minnətdaram",-deyə Xavi Ernandes əlavə edib. /faktxəbər

Xəbər lenti