Xəzər Xəbər

Pepe Ronaldonu "Beşiktaş"da görmək istəyir

İdman | 15:18 • 22 Noyabr 2017
Pepe Ronaldonu "Beşiktaş"da görmək istəyir

"Beşiktaş"ın müdafiəçisi Pepe mətbuata maraqlı açıqlama verib.


O, "Real"da birgə çıxış etdiyi Kriştianu Ronaldo İstanbul klubunda görmək istədiyini deyib.


"Ronaldo mənim çox hörmət etdiyim insandır. O, mənim dostumdur. Əgər bu mümkün olsaydı, Ronaldonu "Beşiktaş"da görmək istərdim. Meydandan kənarda Ronaldo adi insandır.. Onun haqqında mətbuatda yazılanları oxuyanda, yalan olduğunu düşünürəm. İnsanlar gerçəkdə Kriştianu necə biridir bilmirlər. O, da bizim kimi normal insandır", deyə Pepe sabiq komanda yoldaşı haqqında "AS"a danışıb.

Xəbər lenti